Qadın sağlamlığı və profilaktika
Ginekoloji müayinələr vaxtında xəstəlikləri aşkar edir, sonsuzluq riskini azaldır, infeksiyaların qarşısını alır və hamiləlik planlamasını asanlaşdırır.
Müayinə
Rutin ginekoloji müayinə
Qadın sağlamlığı hormonların, reproduktiv orqanların və ümumi həyat keyfiyyətinin qorunması deməkdir. Şikayət olmasa belə, ildə ən azı bir dəfə müayinə tövsiyə olunur.
Müayinə və ultrasəs
Ginekoloji baxış və USM — uşaqlığın, yumurtalıqların vəziyyəti, follikulların yetişməsi və ovulyasiyanın olub-olmaması qiymətləndirilir.
Analizlər
Hormonal müayinə, infeksiyalara görə testlər və zərurət olduqda əlavə diaqnostik müayinələr təyin edilir.
Nəticənin izahı
Nəticələr anlaşılan dildə izah olunur; nəyin normada olduğu, nəyin nəzarət tələb etdiyi aydınlaşdırılır.
Profilaktika
HPV, PAP-smear və Gardasil 9
HPV — qadın sağlamlığında ən çox rastlanan viruslardan biridir. Çox vaxt heç bir əlamət vermədən illərlə qala bilir və yalnız rutin ginekoloji müayinə zamanı aşkar olunur.
Niyə vaxtında yoxlanmaq vacibdir
HPV-nin aşağı riskli tipləri kondilomlara səbəb olur, yüksək riskli tipləri isə uşaqlıq boynunda hüceyrə dəyişiklikləri yarada bilər. Buna görə hər bir qadının ildə ən az bir dəfə PAP-smear və HPV testindən keçməsi çox önəmlidir.
Vaxtında aşkarlanmış dəyişikliklər tam nəzarət altına alınır və müalicə olunur.
Gardasil 9 peyvəndi
Gardasil 9 — HPV-dən qoruyan ən geniş spektrli peyvənddir. 9 tip HPV-ə qarşı müdafiə edir və uşaqlıq boynu xərçəngi, genital siğillər və digər HPV-yə bağlı xəstəliklərin riskini azaldır.
Kimlər üçün uyğundur
- 9 yaşdan 45 yaşa qədər qadın və kişilər
- Cinsi həyata başlamamış şəxslər — ən yüksək qoruma
- Cinsi aktiv qadınlar
- HPV pozitiv olanlar — peyvənd digər tiplərdən qoruduğu üçün yenə tətbiq olunur
Peyvənd müayinə və smear testlə birlikdə daha tam qoruma yaradır.
Qorunma
Spiral
Spiral hamiləlikdən uzunmüddətli və təhlükəsiz qorunma yoludur. Qadınların ən çox tərəddüd etdiyi suallardan biri budur: “Spiral gələcəkdə sonsuzluğa səbəb ola bilərmi?”
Spiral çıxarıldıqdan sonra məhsuldarlıq bərpa olunur. Uyğunluq isə fərdi müayinə ilə müəyyən edilir: uşaqlığın quruluşu, aybaşı tsikli, keçmiş doğuşlar və mövcud xəstəliklər nəzərə alınır.
- Müayinə və USM ilə uyğunluğun yoxlanması
- Spiralın taxılması
- Nəzarət müayinəsi
- Lazım olduqda çıxarılması
Sonsuzluq
Səbəbin aşkarlanması və müalicə
Bir il ərzində müntəzəm olaraq qorunmamış cinsi əlaqələr hamiləliklə nəticələnməyibsə, bu sonsuzluq kimi qiymətləndirilə bilər. Müntəzəm aybaşısı olmayan və 35 yaşdan yuxarı qadınlar artıq 6 aydan sonra mütəxəssisə müraciət etməlidirlər.
“Sonsuzluğun səbəblərini müəyyən etmək üçün cütlüyün hər bir üzvü eyni vaxtda müayinədən keçməlidir.”
Cütlük üçün ümumi müayinə
- Cinsi yolla keçən infeksiyalara görə müayinə — xlamidioz, mikoplazmoz, ureaplazmoz, genital herpes və həkim təyinatına görə digərləri
- Postkoital test (Şuvarski testi) — sonsuzluğun immunoloji formasını aşkar edir
Qadınlar üçün
- Qanın hormonal müayinəsi
- USM — miom, inkişaf qüsurları, uşaqlıq boşluğunda çapıqlar, follikulların yetişməsi və ovulyasiya
- Histerosalpinqoqrafiya — uşaqlıq borularının keçiriciliyinin yoxlanması
Kişilər üçün
- Spermoqramma — spermanın keyfiyyət və kəmiyyət göstəriciləri
Ovulyasiya haqqında
Ovulyasiya follikulun yetişib partlaması və yetişmiş yumurta hüceyrənin xaricə atılmasıdır. Aybaşı tsikli 28–35 gün arasında dəyişir; ovulyasiya aybaşının ilk günündən hesablanmaqla 11–21-ci, orta hesabla 14-cü gündə baş verir. Hamilə qalmaq ehtimalı bu dövrdə artır.
Bütün müayinələrin nəticəsi əsasında səbəb müəyyən edilir və yalnız bundan sonra müvafiq müalicə təyin olunur.
Müayinənizi təxirə salmayın
Profilaktik baxış, HPV testi və ya sonsuzluq müayinəsi üçün qəbula yazılın.